Avropa qlobal istiləşmədən ən çox təsirlənən qitə olub

20-06-2023, 07:51           
Avropa qlobal istiləşmədən ən çox təsirlənən qitə olub
Hesabata görə, keçən il Avropada 16 min adam həyatını itirib, sel və fırtınalar 2 milyard dollar maddi ziyana səbəb olub.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatlar Dünya Meteorologiya Təşkilatı və Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin birgə hazırladığı hesabatda yer alıb.

Hesabatda keçən il qlobal istiləşmədən ən çox təsirlənən qitənin Avropa olması ilə bağlı xəbərdarlıq edilib.

Həmçinin, temperaturun 2022-ci ildə Avropada əvvəlki dövrlə müqayisədə 2,3 dərəcə yüksək olduğu qeyd edilib.

Eyni zamanda, hesabatda həddindən artıq isti havanın ən bariz nəticələri arasında quraqlıq, dəniz səthinin rekord temperaturu və buzlaqların əriməsi yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru