Tibb dünyasında inqilabi ixtira: Diaqnozu mümkün olmayan xəstəliyi qan analizi ilə müəyyənləşdirmək oldu

21-06-2023, 13:45           
Tibb dünyasında inqilabi ixtira: Diaqnozu mümkün olmayan xəstəliyi qan analizi ilə müəyyənləşdirmək oldu
Rusiyalı alimlər qan testi ilə beyin xərçəngini erkən mərhələdə müəyyən etməyi öyrəniblər.

Araşdırmanın nəticələri “Pharmaceutics” jurnalında dərc olunub.

Glioma - beyin şişinin ən ağır növlərindən biridir. Onu erkən mərhələdə müəyyən etmək və hətta simptomlar başlayandan sonra diaqnoz qoymaq çətindir. Bu tip xərçəng adətən şiş çıxarıldıqdan sonra aparılan histoloji müayinə ilə təsdiqlənə bilər.

Tomsk Dövlət Universitetinin alimləri isə qandakı biomarkerlərə əsaslanaraq bu xəstəliyi müəyyən etmək üçün yeni qeyri-invaziv üsul hazırlayıblar. Onlar bunun üçün Raman spektroskopiyasından istifadə ediblər. Bu üsul qanda şiş hüceyrələri tərəfindən ifraz olunan spesifik kimyəvi birləşmələri yüksək dəqiqliklə aşkar etməyə imkan verir.
Alimlərin sözlərinə görə, yeni ixtiradan gələcəkdə digər şişlərin aşkarlanmasında da istifadə etmək olar.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru