Musiqi məktəblərinin ötən ilki məzunlarına DİPLOM verilmir – Mədəniyyət Nazirliyindən REAKSİYA

21-06-2023, 11:28           
Musiqi məktəblərinin ötən ilki məzunlarına DİPLOM verilmir –
Azərbaycanda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin ötən ilki məzunlarına hələ də diplomlar verilməyib. Baxmayaraq ki, üzərindən 1 ildən çoxdur vaxt keçib.

TEREF.AZ bildirir ki, bununla bağlı Bizim.Media-ya övladları musiqi məktəblərində təhsil alıb bitirən məzunların valideynləri müraciət ediblər.

Dediklərinə görə övladları ötən il məzun olsalar da, diplomların verilməsi nədənsə gecikir. Musiqi məktəblərindən valideynlərə “diplomların verilməsi Mədəniyyət Nazirliyinin səlahiyyətindədir. Gözləyin...” deyə bildirilib.

Məsələni bir neçə ay əvvəl də ictimailəşdirmişdik. Amma problemin həlli ilə bağlı müsbət dəyişiklik yoxdur. Ümumiyyətlə, kağız parşasından ibarət olan diplomların hansı səbəbdən ləngiməsi səbəbi haqda heç bir məlumat verilmir.

Bizim.Media növbəti dəfə Mədəniyyət Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat katibi Aynur Kərimova məsələnin daxili nəzarət şöbəsində araşdırıldığını, araşdırma tam bitəndən sonra açıqlama verəcəklərini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru