Şəkər xəstəliyinin gözlənilməz səbəbi tapıldı

22-06-2023, 11:24           
Şəkər xəstəliyinin gözlənilməz səbəbi tapıldı
Sent-Luisdəki Vaşinqton Universitetinin alimlərinin araşdırması sübut edir ki, havanın çirklənməsi getdikcə. şəkərli diabetin inkişafına təkan verən faktora çevrilir.
“Medicina” xəbər verir ki, Amerikalı ekspertlərin arqumentlərini Lancet Planetary Health jurnalı dərc edib.
Şəkərli diabet xəstələrinin sayı havanın minimum səviyyədə çirklənməsi ilə də artır.
Uzun müddətdir ki, şəkərli diabet xəstəliyinin artmasında həlledici amilin qidalanma və piylənmə olduğu deyilirdi.
Lakin alimlər müəyyən ediblər ki, piylənmə ilə bağlı heç bir problem olmayan bölgələrdə belə diabet xəstələri çox olur.
Tədqiqat zamanı onlar şdiabet xəstələrinin və sağlam insanların səhhətinə dair məlumatları havanın çirklənməsi xəritələri ilə müqayisə ediblər.
Məlum olub ki, havanın çirkli olduğu yerdə şəkərli diabet xəstələri daha çox olur.
Çirklənmənin hər kubmetrə 10 mikroqram olduğu bölgələrdə şəkərli diabet ehtimalı 21% çoxdur.
Onların hesablamaları göstərir ki, çirkli havaya görə şəkərli diabet xəstələrinin sayı hər il üç milyondan çox artır.
Diabetes mellitus, pankreas hormonu insulinin qeyri-kafi istehsalı ilə əlaqəli bir xəstəlikdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.