“Şimal axını”ndan sualtı dronla çəkilmiş daha bir görüntü - VİDEO

22-06-2023, 12:08           
“Şimal axını”ndan sualtı dronla çəkilmiş daha bir görüntü - VİDEO
Almaniyanın RTL telekanalı “Şimal axını-2” qaz kəmərinin zədələnmiş hissəsinin görüntülərini yayımlayıb.

Sualtı dron vasitəsilə çəkilmiş videoda kütləvi dağıntı izləri görünmür - boru bir yerdə qırılıb, bu, birinci qaz kəmərinin partlamasından fərqlənir.

Bu səbəbdən kanal “Şimal axını 2” qaz kəmərinin daha kiçik partlayıcı qurğu ilə partladıldığı ehtimalını səsləndirib.

Xatırladaq ki, ötən il sentyabrın 26-da “Şimal axını-1” və “Şimal axını-2”də sızmalar aşkar edilib. Ertəsi gün İsveç Seysmik Mərkəzinin sözçüsü Byorn Lund sızmaların olduğu ərazidə iki güclü sualtı partlayışın qeydə alındığını söyləyib. Oktyabrın ortalarında İsveç jurnalistləri norveçli mütəxəssislərlə birlikdə “Şimal axını” kəmərinin dağıdılmış 50 metrlik hissəsini aşkar edərək, görüntülərini çəkiblər. Noyabrın 18-də İsveç Dövlət Təhlükəsizliyi Xidməti “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində təxribatın təsdiqləndiyini açıqlayıb. Qəza yerində partlayıcı maddələrin izləri aşkar edilib.

Əvvəllər Danimarkanın “TV 2/Bornholm” telekanalı da “Şimal axını-2” qaz kəmərinin zədələnmiş hissəsinin görüntülərini yayımlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.