Misirdə minarəyə çıxaraq intihar etmək istəyən şəxsi döyərək fikrindən daşındırdılar - VİDEO

22-06-2023, 14:08           
Misirdə minarəyə çıxaraq intihar etmək istəyən şəxsi döyərək fikrindən daşındırdılar - VİDEO
Misirdə minarəyə çıxaraq intihar etmək istəyən şəxsi döyərək endiriblər.

Ölkənin cənubundakı Əl-Feyyum şəhərinin Senhur kəndində 27 yaşlı Məhəmməd İbrahim psixoloji problemlərinə görə məscidin minarəsinə çıxaraq intihara cəhd edib.

İbrahimi fikrindən döndərmək üçün yanğınsöndürmə qrupu kranın köməyi ilə minarəyə qalxıb. Lakin onların danışıqları əsnasında minarəyə çıxan 2 nəfər İbrahimi döyüb və intihara cəhdin qarşısını alıb.

İbrahim minarədən endirildiyi zaman baş verənləri izləyənlər intihar cəhdi baş tutmadığı üçün sevinclərini alqışlayaraq ifadə ediblər.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru