Su altında bazasının olmasını istəyən -

22-06-2023, 10:28           
Su altında bazasının olmasını istəyən -
Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə aparan sualtı qayıq itib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, qayıqda olan 5 nəfərdən biri də “OceanGate Expeditions” şirkətinin baş direktoru 61 yaşlı Stockton Ruşdur.

Ruş səfərdən öncə karyerası, həyat tərzi və düşüncələri barədə bir neçə maraqlı müsahibə verib. Onun müsahibələrindən bir hissəni təqdim edirik:

“Əgər təhlükəsiz olmaq istəyiriksə, onda gərək yataqdan qalxmayaq. Hətta avtomobilə minməyək. Bir sözlə, heç nə etməyək... Mən karyeramda bəzi qaydaları pozmuşam. Məncə, insan pozduğu qaydalara görə yadda qalır. Buna görə də bəzi qaydaları pozdum. Düşünürəm ki, mən bunu - yadda qalmağı bacardım...

Yer səthinin yaşamaq üçün yararsız hala gəldiyi zaman bəşəriyyətdə sağ qalmağın ən yaxşı yolu səma deyil, dənizin dərinliyidir. Çünki bəşəriyyətin gələcəyi su altındadır, o, Marsda deyil. Ona görə su altında bazamızın olmasını istəyirəm. Bu, olacaq. Əgər planeti zibilliyə atsaq, bəşəriyyət üçün ən yaxşı xilasedici sualtı qayıqdır... Özüm barədə onu deyə bilərəm ki, innovasiyaları ləngidə bilən qaydalara şübhə ilə yanaşıram, hətta onları rədd edirəm".

Qeyd edək ki, Ruşun keçmiş işçiləri onun və işçilərinin təhlükəsizlik qaydalarına əməl etmədiyini bildiriblər. "OceanGate"nin dəniz əməliyyatları üzrə keçmiş direktoru David Lochridge isə özünün 2018-ci ildə qanunsuz işdən çıxarıldığını söyləyib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.