Söyüdlü sakinlərindən üzücü etiraflar: 20 nəfər öldü… – VİDEO

22-06-2023, 16:51           
Söyüdlü sakinlərindən üzücü etiraflar: 20 nəfər öldü… – VİDEO
Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində süni gölün yaradılmasına etiraz edən sakinlər Baku TV-yə danışıblar.
Sakinlər kənddə ikinci süni gölün yaradılmasından narazı olduqlarını bildirirlər:

“Üç il əvvəl nazirlik qərar çıxardı ki, bu gölün üstü örtülməlidir. Buna baxmayaraq, ikinci gölü yaratmaq istəyirlər”.

Sakinlər, həmçinin, qeyd ediblər ki, kənddə qurulan süni göl xəstəliklərə səbəb olur:

“Göl qurulandan etiraz etmişik ki, bura kəndlinin mal-qarasının örüş sahəsidir. Ağaclarımızda meyvə yoxdur, cavanlarımızın hamısı xəstəliyə tutulub”.

İki gündür gündəmdə olan bu mövzu ilə bağlı artıq hökumət də hərəkətə keçib. Baş nazir Əli Əsədovun iyunun 21-də imzaladığı sərəncamla Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb.

Komissiyaya rayonun Söyüdlü kəndində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Baş verənlərlə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov da rayonun Söyüdlü kəndinə gedib. Sakinlərlə görüşüb, onların şikayətlərini dinləyib. Kəndin ərazisində süni gölün yaradılmasına etirazla bağlı yaranmış vəziyyəti müzakirə edib. İcra hakimiyyətinin başçısı narazılığın həlli ilə bağlı da kənd sakinləri ilə fikirlərini bölüşüb.

Ətraflı videonu təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.