Zamanında Ramiz Mehdiyevi də əvəz etmişdi... - İndi də icra başçısı oldu

5-08-2023, 17:53           
Zamanında Ramiz Mehdiyevi də əvəz etmişdi... - İndi də icra başçısı oldu
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəcəb Rəhlimli Ordubad rayonuna icra başçısı təyin edilib.
DİA.AZ yeni təyin olunan icra başçısının dosyesini təqdim edir:
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Dosent Rəcəb Rəhimli bakalavr təhsilini (Dövlət xətti ilə) Türkiyədə Qazi Universiteti, İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsi – “Dövlət İdarəçiliyi” ixtisasından məzun olub.
Magistratura pilləsini də (Dövlət xətti ilə) Türkiyədə Qazi Universiteti, İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsi– “Dövlət İdarəçiliyi” ixtisası üzrə bitirib.
Daha sonra dövlət xətti ilə - Ankara Universiteti Siyasət Elmləri Fakültəsi – “Siyasət elmi və dövlət idarəçiliyi” ixtisası üzrə doktorantura təhsili alıb.
R. Rəhimli xaricdə və respublikamızda nəşr olunmuş 5 monoqrafiyanın, 3 kollektiv kitabın, Ali məktəblər üçün 1 dərsliyin, 70 elmi məqalənin müəllifidir.
Məlumat üçün qeyd edək ki, 2020-ci ildə Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevi Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı vəzifəsində R. Rəhimli əvəz edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.