Dünyada bir dənə olan qəribə altıtəkərli tüninq layihə - FOTO/VİDEO

12-09-2023, 11:57           
Dünyada bir dənə olan qəribə altıtəkərli tüninq layihə - FOTO/VİDEO
Amerikalı bloqerlər hazırlıq mərhələsində olan altıtəkərli “Lamborghini”nin görüntülərini paylaşıblar. Kadrlar maşını təsadüfən görən biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayımlanıb. Jurnalistlər unikal maşının sahibinin hesabını tapa bilməyiblər.

Kadrlardan görünür ki, əlavə bir cüt təkərə görə, maşının bütün arxa hissəsi dəyişdirilib. Bloqerlər hesab edir ki, belə “cərrahi müdaxilə” bütün komponentlərə və sistemlərə təsir edib.

Bununla belə avtomobilin hazırlıq prosesi final mərhələdə deyil. Bundan sonra avadanlıqda yeniləmələr edilməli, həmçinin montaj və rəngləmə prosedurları həyata keçirilməlidir.

Bloqerlər onu da vurğulayıblar ki, hazırda bu layihənin əsasını təşkil edən benzinlə işləyən “Urus” tapmaq, demək olar ki, mümkün deyil. Bu versiyanın bütün nüsxələri satılıb, stokda isə ancaq hibrid versiyalar qalıb.

Motor.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru