İlon Maska arxayın olmaq olmaz

12-09-2023, 16:38           
İlon Maska arxayın olmaq olmaz
Bir neçə gün öncə CNN ötən il Krım ətrafında Rusiya donanmasına qarşı Ukraynanın dron hücumunun uğursuz alınmasında İlon Maskı günahlandırmışdı.
Bildirilirdi ki, ötən il böyük hücum əməliyyatında iştirak edən Ukrayna ordusuna məxsus hərbi dronlar Sevastopol üzərində Starlink-lə rabitə əlaqəsini itirib və hücum uğursuz alınıb.
İndi məlum olub ki, həqiqətən də ötən il bu hücumun uğursuzluğuna səbəb İlon Mask, daha doğrusu onun Starlink peyk sistemi olub.
Bunu İlon Mask özünün "X" sosial resursunda açıqlayıb.
O bildirib ki, Starlink peykinin Krım üzərində aktivləşdirilməsi ilə bağlı ötən il Ukraynadan sorğu daxil olub.
Lakin Mask bundan imtina edib və o bunu Starlink-dən hərbi məqsədlər üçün istifadənin daha ağır nəticələrə, hətta Rusiya tərəfindən nüvə zərbələrinə səbəb ola biləcəyi ilə izah edib.
Güman ki, İlon Mask məhz hərbi məqsədlər üçün hökumətlərdən bu tip sorğular çoxaldığından yeni bir oxşar peyk layihəsinə, Starshield peyk sisteminin yaradılmasına start verib.
Hansı ki, milli təhlükəsizlik məqsədləri üçün hazırlanan bu layihə ABŞ hökumətinin nəzarətində olacaq.
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru