AMEA ilə tanınmış şirkət arasında 31 min manatlıq qalmaqal

13-09-2023, 00:07           
AMEA ilə tanınmış şirkət arasında 31 min manatlıq qalmaqal
Proqram təminatları və texnoloji məhsulların istehsalı ilə satışını həyata keçirən “DN Technologies” MMC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkına (YTP – Texnopark) 32 550 manat məbləğində ödəniş etməlidir.
Qaynarinfo xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova bununla bağlı qətnamə çıxarıb.
“DH Technologies” MMC Texnoparkın rezident şirkəti olub. Şirkət müqavilələrdən əmələ gələn öhdəliklərə riayət etmədiyinə görə Texnopark məhkəməyə müraciət edib.
İş materiallarından məlum olur ki, Texnoparkla “DN Technologies” MMC arasında bağlanmış müqaviləyə görə əldə olunan gəlir bərabər bölünməliymiş. Lakin Texnoparkın iddiasına görə şirkət bu öhdəliyə əməl etməyib.
Bundan başqa, YTP müvafiq məhsulların hazırlanması üçün şirkətə 31 000 manat ödəniş edib. Şirkət bu məbləği də geri qaytarmayıb.
İşin bütün tərəfləri araşdırılıqdan sonra Texnoparkın iddiası qismən təmin edilib. Qətnamədə qeyd edilib ki, 31000 manat əsas borc məbləği və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmaqla 1550 manat məbləğində gecikmə faizi, cəmi 32 550 manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq Texnoparka ödənilməlidir.
Qarşı tərəfin apellyasiya şikayəti verib-vermədiyi barədə açıq mənbələrdə məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru