Fərhad Əhmədovun 150 milyonluq şirkəti məhkəmə qarşısında

14-09-2023, 00:14           
Fərhad Əhmədovun 150 milyonluq şirkəti məhkəmə qarşısında
Azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus Teymur Əhmədov adına "Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) cərimələnə bilər.

"Aznar” QSC xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamaqda ittiham olunur.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə protokol tərtib olunub.

İş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə nəzərdə tutulur.

"Aznar” QSC 9 oktyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 149 987 312 AZN olan şirkətin qanuni təmsilçisi Əhmədov Asif Kamal oğludur. Asif Əhmədovun Fərhad Əhmədovun yaxın qohumudur. \\Qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru