Separatçıların başçısı hərəkətə keçdi-təxribatların anonsu verildi

14-09-2023, 07:37           
Separatçıların başçısı hərəkətə keçdi-təxribatların anonsu verildi
Sentyabrın 13-də qanunsuz rejimin oyuncaq başçısı Samvel Şahramanyan saxta “milli təhlükəsizlik xidməti”ndə olub.

Teref.Az Musavat.com-a istinadla bildirir ki, bu barədə erməni mediasına xitabən məlumat verir. Baş separatçı orada “departamentin mərkəzi aparatı”nın rəhbər heyəti və yüksək vəzifəli şəxsləri ilə görüşüb.

Şahramanyan xarici və daxili çağırışlara, eləcə də hadisələrin mümkün inkişaflarına toxunub. Bildirib ki, bu həlledici dövrdə koordinasiyalı iş aparmaq, xarici çağırışlara səmərəli şəkildə qarşı çıxmaq, “ölkə”də daxili sabitliyi və qanunun aliliyini qorumaq lazımdır.

Erməni mediası yazır ki, şsentyabrın 12-də Samvel Şahramanyan “müdafiə nazirliyi”ndə olub və qondarma qurumun “təhlükəsizlik qüvvələrinin rəhbərliyi” ilə görüş keçirib.

Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Bu məlumatlar separatçı rejimin növbəti təxribatlara hazırlaşdığını təsdiqləyir. Təsadüfi deyil ki, bu gün günorta radələrində qanunsuz silahlı birləşmələr Ağdam istiqamətində hərbçilərimizə atəş açıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru