Tom Hardinin “Venom”u zoologiya kitablarına salınır - FOTO

14-09-2023, 13:14           
Tom Hardinin “Venom”u zoologiya kitablarına salınır - FOTO
Alimlər tapdıqları yeni bir hörümçək növünü Hollivud ulduzu Tom Hardinin “Venom” rolunun şərəfinə “venomius tomhardyi” adlandırıblar.

Belə bir qərara səbəb buğumayaqlının bədənində olan və antiqəhrəmanın üzünü xatırladan xarakterik naxış olub.

Mütəxəssislər bildiriblər ki, “venomius tomhardyi” zəhərli sayılır, lakin onun zəhəri insanlara zərər verə bilməz, çünki xeliserləri (üst çənədəki dişlər) insan dərisinə nüfuz edə bilmir.

Qeyd edək ki, bu, alimlərin kəşflərinə müxtəlif pop mədəniyyət personajlarının adlarını verdiyi ilk hal deyil. Belə ki, bundan əvvəl “Taxt-tac oyunları”ndan əjdaha Meraksesin adı bir dinozavra və “Üzüklərin hökmdarı”ndan Sauron ləqəbi isə kəpənəyin bir növünə verilib.
Tədqiqatçıların sözlərinə görə, belə bir addım adətən heyvanların və bitkilərin növlərinə diqqət çəkmək üçün atılır.


Mənbə: News.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru