Əlixanbəyovların külli miqdarda borcu var - Üç aydır maaşlar ödənilmir

24-10-2023, 08:07           
Əlixanbəyovların külli miqdarda borcu var -
“ATEF Şirkətlər Qrupu” MMC-nin külli miqdarda vergi borcu yaranıb.

Teref az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, şirkətin hazırda dövlətə olan vergi borcu 8 milyon 262 min 357 manat təşkil edir.

Ancaq şirkətin tək çətinliyi bundan ibarət deyil. Belə ki, ATEF-in onun tərkibinə daxil olan müəssisələrdə çalışan əməkdaşlarına da üç aydır maaş ödəmədiyi bildirilir.

Qeyd edək ki, ATEF-in qanuni təmsilçisi Əlixanbəyov Emil Talıb oğludur. Onun atası Talıb Əlixanbəyov isə ATEF-in Müşahidə Şurasının sədridir.
Şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu, bunlardan başqa, layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru