3 saylı cəzaçəkmə müəssisəsi niyə 55 ton ARPA ALIR?

24-10-2023, 17:34           
3 saylı cəzaçəkmə müəssisəsi niyə 55 ton ARPA ALIR?
Son günlərdə mətbuatda yayılan xəbərə görə, Penitensiar Xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi arpa toxumu alır. Bununla bağlı kotirovka sorğusu elan edilib. Sorğunun şərtlərindən məlum olur ki, cəzaçəkmə müəssisəsi 55 ton arpa toxumu almaq niyyətindədir. Şərtlərdə toxumun əkinə yararlı olması xüsusi vurğulanır. Kotirovka sorğusu oktyabrın 31-dək davam edəcək.

Məlumatdan belə aydın olur ki, cəzaçəkmə müəssisəsinin həyətində arpa əkiləcək. Maraqlıdır ki, 55 ton arpa toxumu 200 hektar sahədə əkin işləri aparmağa imkan verir. Bir cəzaçəkmə müəssisəsinin bu qədər boş əraziyə sahib olması isə real görünmür.

Bəs, bu qədər arpanın alınmasına səbəb nədir?

Məsələni aydınlaşdırmaq üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxladıq.

DİA.AZ-ın məlumatına görə, xidmətin sözçüsü Tanrıverdi Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, tender haqqında məlumat onların vasitəsi ilə yayılmayıb:

“Ona görə də 55 ton arpa toxumunun hansı məqsədlə alınması barədə bizdə konkret məlumat yoxdur”.

Qeyd edək ki, 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi Xəzər rayonunun Binə qəsəbəsində yerləşir.

Mövzunu diqqətdə saxlayacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru