Bu yolda yağış barmaqları yoxdur: sürücülər və piyadalar TƏHLÜKƏDƏ - VİDEO

24-10-2023, 16:46           
Bu yolda yağış barmaqları yoxdur: sürücülər və piyadalar TƏHLÜKƏDƏ - VİDEO
Paytaxın Salyan yolu adlanan ərazisində sürücü və piyadalar təhlükəli vəziyyətlə üz-üzə qala bilər. Bu barədə nəqliyyat eksperti, Avtosfer.az saytının ba redaktoru Elməddin Muradlı məlumat verib. Ərazidə çəkiliş aparan baş redaktor bildirib ki, Su idman sarayından Bayıl istiqamətinə yolun kənarındakı bütün yağış barmaqlıları yoxdur. Bu da həmin ərazidən keçən avtomobillər və piyadalar üçün təhlükəli vəziyyət yaradır. Xüsusilə günün qaranlıq saatlarında yolun tam kənarında dayanmaq istəyən avtomobilin təkəri həmin quyuya düşə bilər. Eyni təhlükə piyadalar üçün də keçərlidir.

Qeyd edək ki, şəhərin müxtəlif istiqamətlərində analoji vəziyyət var. Bu barmaqlıqları oğurlayıb dəmir yığımı məntəqələrinə satırlar. Dəfələrlə bu barədə xəbərdarlıq da edib. Lakin görünən odur ki, ya bu barmaqlıqları ora müvəqqəti açarla bərkitməli, ya da vaxtaşırı olaraq nəzarət edərək oğurlanan barmaqlıqlar yeniləri ilə əvəz edilməlidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru