Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq

24-10-2023, 17:04           
Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq
Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq.

Teref.az xəbər verir ki, söhbət sahibkarlıq və əmək fəaliyyəti üçün Ermənistan Respublikasının sürücülük vəsiqəsinin tanınmamasından gedir.

Dövlət Dumasının bu məsələni qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəldiyi bildirilib.

Qeyd edək ki, Rusiyada xarici ölkələrin sürücülük vəsiqələri yalnız şəxsi avtomobil istifadəsi zamanı tanınır. Lakin bu qayda Gömrük İttifaqına daxil olan ölkələrə şamil olunmayıb. Belə ki, İttifaqa üzv olan Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstanın sürücülük vəsiqələri sahibkarlıq və əmək fəaliyyəti üçün tanınıb. Yəni, bu ölkələrin sürücülük vəsiqəsi ilə vətəndaş taksi və yükdaşıma fəaliyyəti ilə məşğul ola bilib.

apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru