107 yaşlı kişi uzunömürlülüyün sirrini açdı - FOTO

25-10-2023, 11:44           
107 yaşlı kişi uzunömürlülüyün sirrini açdı - FOTO
Ən yaşlı britaniyalılardan biri uzunömürlülüyünün sirrini xüsusi səhər yeməyi adlandırıb.

Leonard Hous 107 yaşını oktyabrın ortalarında qeyd edib. Kişi 1916-cı ildə anadan olub və hər iki dünya müharibəsi dövrünü yaşayıb. O, 14 yaşında məktəbi atıb santexnik olmaq üçün oxumağa gedib. İkinci Dünya Müharibəsi illərində Hous rabitəçi olub, sonra isə telefon şirkətində işə düzəlib və təqaüdə çıxana qədər orada işləyib. Bu müddət ərzində həmin şirkət telekommunikasiya nəhəngi “British Telecom”a çevrilib.

Uzunömürlünün gəlini Kerol Housun sözlərinə görə, o, hətta bu yaşda da sağlamlığını qoruyub saxlaya bilib.

“Son vaxtlar o, bir az unutqan olub və ayaqları üstündə dayana bilmir, ona görə də əsadan istifadə etməyə başlayıb. Amma yaşına görə o çox yaxşı qalıb”, - deyə Housun gəlini bildirib.
Hous uzunömürlülüyünü üyüdülmüş buğda dənələrindən hazırlanmış hazır səhər yeməklərinə olan sevgisi ilə əlaqələndirir. O, özünü tanıdığından bəri bu səhər yeməyini həmişə yağlı süd və çoxlu şəkərlə yediyini iddia edir.

Mənbə: Daily Mirror












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru