Aİ müharibə başlayandan Rusiyadan 13,7 milyardlıq xammal idxal edib (ARAŞDIRMA)

25-10-2023, 11:28           
Aİ müharibə başlayandan Rusiyadan 13,7 milyardlıq xammal idxal edib (ARAŞDIRMA)
Avropa İttifaqı 2022-ci ilin fevral ayından etibarən Kremlə bağlı şirkətlərdən ümumilikdə 13,7 milyard avro dəyərində titan və nikel kimi kritik xammalı idxal edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Investigate Europe” portalının Eurostat və Avropa Komissiyasının analitik mərkəzi - Birgə Araşdırmalar Mərkəzinin məlumatlarına əsaslanan araşdırmasında deyilir.

Rusiyaya qarşı 11 sanksiya paketində Avropa İttifaqı sürət, yüksək qiymət və ya qlobal çatışmazlıqlar səbəbindən tədarükü başqa mənbələrdən əvəz edilə bilməyən 34 növ kritik xammal üçün istisnalar tətbiq edib.

Belə ki, Aİ-nin bu resurslara çox ehtiyacı var, çünki onlar elektronika, günəş panelləri və elektrik nəqliyyat vasitələri, eləcə də aerokosmik və müdafiə kimi ənənəvi sənaye sahələrində mühüm rol oynayırlar.

"Investigate Europe” məlumatına görə, Aİ 2022-ci ilin martından 2023-cü ilin iyuluna qədər Rusiyadan 13,7 milyard avro dəyərində kritik xammal idxal edib, bu ilin yanvar-iyul ayları arasında isə bu rəqəm 3,7 milyard avro təşkil edib.

Bu vəsaitlər təkcə Rusiya Federasiyasının büdcəsinə deyil, həm də Kremllə əlaqəli şirkətlərə gedir.

Bu siyahıya daxil olan bəzi şirkətlər:

- Vladimir Putinə yaxın oliqarx Sergey Çemezovla əlaqəsi olan və hələ də Aİ-nin sanksiya siyahısında olmayan dünyanın ən böyük titan istehsalçısı "VSPMO-Avisma";
- Palladium və yüksək keyfiyyətli nikel istehsalında dünya lideri olan "Nornikel”, Rusiyanın alüminium nəhəngi;
- "Rusal”, İrlandiyada Aİ-nin ən böyük alüminium emalı zavoduna və İsveçdə metallurgiya zavoduna sahibdir;

Aİ problemi özəl olaraq etiraf edir və Rusiyanın mühüm mineral ehtiyatlarından asılılığı azaltmağa çalışır. Avropalı mənbə "Investigate Europe”a izah edib ki, qəfil sanksiyaların tətbiqi qiymətlərin qalxmasına səbəb ola, Aİ-yə zərər verə və bunun müqabilində Rusiyanın daha çox qazanmasına yardım edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru