Kişilərin diqqətinə! Sizdə bu əlamətlər varsa,qadın hormonlarınız çoxdur

15-01-2024, 16:24           
Kişilərin diqqətinə! Sizdə bu əlamətlər varsa,qadın hormonlarınız çoxdur
Kişilərdə estrogen hormonunun normadan artıq olması bir çox sağlıq və psixi problemlərə səbəb olur.

Referans.az xəbər verir ki, endokrinoloq Aleksandr Yuriçkin məlumatına görə, estrogen qadın hormonu anlandırılsa da kişi orqanizmində də testosteronla yanaşı var, sadəcə yüksək miqdarda olmur.

“Hər iki hormon reproduktiv sistemin normal funksiyası üçün vacibdir. Amma estrogenin kişi orqanizmində normadan çox olması təhlükəli pozulmalara səbəb ola bilər.

Belə hormonal disbalansın əsas əlamətləri bunlardır:

- Sonsuzluq – məhz düzgün hormonal balans spermin sağlamlığına təsir edir.

- Stress – estrogen çox və ya az olduqda kişi psixikası dəyişir: depressiya, təşviş və hərəcan artır.

- Cinsi zəiflik, ereksiya problemi – estrogen qanda artdıqda kişidə hüceyrələrin insulinə həssaslığı azalır, insulin dirənçi yaranır. Kişidə çəki artır, qarın nahiyə piylənir. Son nəticə II tip diabet olur.

- Gineomastiya – estrogen çox olduqda, kişinin bədən forması sanki qadınlaşır və süd vəziləri böyüyür.

Ona görə bu problemlər varsa, hormonal analizlər vermək mütləqdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru