Belə su içmək ölümcül xəstəliklərə səbəb olur - Türkiyəli mütəxəssis

27-01-2024, 13:08           
Belə su içmək ölümcül xəstəliklərə səbəb olur -
“İçməli su xərçəngə, şəkərli diabetə, revmatizmə, Altsheymer xəstəliyinə səbəb olur”.

Ölkə.Az xəbər verir ki, bu sözləri Daxili Xəstəliklər Mütəxəssisi türkiyəli Dr.Gürkan Kubilay deyib.

O, Kolumbiya Universitetinin araşdırmalarına istinad edərək plastik şüşələrdəki suda yüz minlərlə plastik parçası olduğunu iddia edib.

Belə ki, plastik butulkalarda içdiyiniz suyun 1 litrində 100 min plastik parçası olur.

Bu plastik parçalar iltihaba səbəb olduğu üçün sonda qeyd etdiyimiz xəstəliklərə gətirib çıxarır.

Ona görə də su içərkən mümkün qədər təbii mənbələrdən və şüşə butulkalardan istifadə etməyi unutmayın.

Bundan əlavə, çox su içməyin böyrəyin həddindən artıq işləməsinə səbəb olduğunu deyib.

“Çox su içmək bədəndəki natrium, kalium və bir çox mineralların tarazlığını pozur. Bütün bunlara görə bədəndəki bütün funksional fəaliyyətlərə mənfi təsir göstərir. Gündə 2-3 litrdən çox su içməməyə diqqət edin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru