Ukrayna kəşfiyyatı: "Qəzaya uğrayan təyyarədə əsirlərin olmasına dair etibarlı mənbə yoxdur"

27-01-2024, 15:41           
Ukrayna kəşfiyyatı:
Belqorod vilayətində qəzaya uğrayan İl-76 təyyarəsində 65 ukraynalı əsirin olmasına dair etibarlı mənbə yoxdur.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı çoxlu sual var: “Sözügedən təyyarənin göyərtəsində kimin ola biləcəyi barədə etibarlı və hərtərəfli məlumat yoxdur. Biz bütün mövcud məlumatları toplayırıq və diqqətlə təhlil edirik. Həmin təyyarədə bu qədər insanın ola biləcəyini göstərən heç bir məlumat yoxdur”.

Xatırladaq ki, yanvarın 24-də Rusiyanın Belqorod vilayətində Rusiyaya məxsus hərbi-nəqliyyat təyyarəsi vurulub. Nəticədə göyərtədə olan 75 nəfərin hamısı ölüb. Rusiya tərəfinin məlumatına görə, təyyarədə ukraynalı hərbi əsirlər aparılırmış.

Həm rəsmi Moskva, həm də Kiyev hadisə ilə beynəlxalq araşdırılmanın başlanmasını tələb edir.

Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin birinci müavini Sergey Andruşşenko daha əvvəl bildirib ki, Rusiya qəzanın əsl səbəblərini dünya ictimaiyyətindən gizlətməyə çalışırlar.
report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru