Peru alimləri "yadplanetli mumiya" məsələsinə son qoydu

28-01-2024, 09:34           
Peru alimləri "yadplanetli mumiya" məsələsinə son qoydu
Perunun Milli Məhkəmə Tibb və Kriminologiya İnstitutunun alimləri bəzilərinin yadplanetlilərin mumiyaları olduğuna inandıqları Naska səhrasındakı cəsədlərinin qalıqlarını araşdırıblar.

"Mumiyalar"ın tədqiqi zamanı onlarda əslində qeyri-insani elementlər, xüsusən də kiçik heyvanların fraqmentləri olduğu aşkarlanıb.

X-ray tədqiqatı göstərib ki, "yadplanetlilər"dən birinin başı məməlinin kəlləsinə uyğundur və sümüklər quşlardan götürülüb. Başqa bir nümunə hamiləlik təəssüratı yaradıb, amma sonda sadə bir daş olduğu ortaya çıxıb.

İnstitutun əməkdaşı Flavio Estrada Moreno sümüklərin Peru mədəniyyətlərinin arxeoloji qəbiristanlıqlarında tapıla bilən lama və ya alpaka kəllələrinə bənzədiyini söyləyib.

Peru alimləri yadplanetlilərə aid heç bir əlamət tapmayıblar, lakin sümük qalıqlarının muzey eksponatları olduğuna görə qanun pozuntusunun əlamətlərini görüblər. Araşdırmanın nəticələrindən sonra onların qanunsuz ixracı ilə bağlı cinayət işi açılıb.

Noyabr ayında Meksika Parlamentində dinləmələr keçirilib və bu dinləmə zamanı alimlər Perudan olan "yadplanetlilər"in cəsədlərini real adlandırılb. \\Qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru