Qumbara ilə özünü və düşməni partladan rejissor - VİDEO

30-01-2024, 13:13           
Qumbara ilə özünü və düşməni partladan rejissor - VİDEO
1992-ci il iyunun 30-da Ağdərə şəhəri uğrunda döyüşlər zamanı qəhrəmancasına həlak olan rejissor Vaqif Əhmədovun doğum günüdür.

Baku TV şəhid rejissor haqqında reportaj hazırlayıb.

Tələbə yoldaşı ilə bağlı xatirələrini bölüşən Əməkdar artist Dilarə Əliyeva bildirib ki, Vaqif tələbəlik dövründə öz istedadı ilə hamıdan fərqlənib:

“Söhbətlərimiz olurdu. Mən ona böyük heyranlıqla qulaq asırdım. Vaqif mənim gözümdə gələcəyin ən böyük rejissoru idi”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli isə V.Əhmədovun cəbhəyə yollanmasından bəhs edib:
“Xocalı faciəsindən sonra bizə gəlmişdi. Valideynlərimlə görüşdü. Dedilər ki, sən rejissorsan, cəbhən başqadır, müharibəyə getmə. Vaqif isə dedi ki, Xocalıdan sonra mən rejissorluq edə bilərəm. Qisas almalıyam ki, içim soyusun”.

Şəhidin döyüş yoldaşı Rövşən Zülfüqar isə onun qəhrəmanlığından danışıb:

“Qəlpə yarası almışdı. Qumbarasını əlində hazır vəziyyətdə saxlamışdı. Düşmən onu əsir götürməyə gələn zaman qumbaranı partladaraq özü ilə birlikdə onların da həyatına son qoydu”.

Ətraflı süjetdə:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru