Birinə sürücülük vəsiqəsi, digərinə isə mobil telefon söz verdi - Kuryoz DƏLƏDUZLUQ + VİDEO

30-01-2024, 13:24           
Birinə sürücülük vəsiqəsi, digərinə isə mobil telefon söz verdi - Kuryoz DƏLƏDUZLUQ + VİDEO
Əlilliyi olan şəxs, digər əlil şəxsləri aldadıb.

Xezerxeber.az-ın məlumatına görə, Astara rayon Kakalos kənd sakini 19 yaşlı Məhəmməd Məmmədov müxtəlif vədlərlə öz yaşıdlarının adına onlayn qaydada müxtəlif məbləğlərdə kredit əldə edib.

Zərərçəkən şəxslər bildiriblər ki, onların övladları Məhəmmədlə reabilitasiya mərkəzində tanış olublar. Onların sözlərinə görə, övladları adlarına kredit götürülməsindən xəbərsiz olublar.

Təxminən 10-dan çox şəxsin aldılaraq adına kredit götürüldüyü bildirilir.
Zərərçəkənlərin ailə üzvləri yaşadıqları ərazi üzrə polis bölməsinə şikayət etdiklərini bildirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ araşdırılır və zəruri tədbirlər görüləcək.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru