Afiyəddin Cəlilovun nəvəsinin qonşuları danışdı: "Allahdan qorxun!"

30-01-2024, 17:10           
Afiyəddin Cəlilovun nəvəsinin qonşuları danışdı: "Allahdan qorxun!"
Sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn, videolar çəkərək “TikTok”da paylaşan yeniyetmənin xəstəxanaya yerləşdirildiyi barədə xəbər vermişdik.

Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilən yeniyetmənin hərəkətləri sosial şəbəkələrdə pislənilir. 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdinin məşhur ailədən – Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəliovun nəvəsi olması isə olayla bağlı müzakirələri bir qədər də qızışdırıb.

Çoxları tənqid edərkən yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb.

KONKRET.az xəbər verir ki, babasının ad-soyadını daşıyan 15 yaşlı Afiyəddin Cəliovun qonşusu – Zərifə Mahmudova adlı qadın yeniyetmənin “TikTok”un qurbanı olduğunu qeyd edib:

“Neçə gündür rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, “TikTok”un növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz! Allahdan qorxun!” – deyə yeniyetmənin qonşusu sosial şəbəkələrdəki müzakirələrə etiraz edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru