Bu şəxslərin qazı kəsiləcək - proses başlayıb - VİDEO

31-01-2024, 11:44           
Bu şəxslərin qazı kəsiləcək - proses başlayıb - VİDEO
Hamam otaqlarında suqızdırıcıların istifadəsi qadağan edilir. Bununla bağlı vətəndaşlara 1 ay vaxt veriləcək.

Xezerxeber.az-ın məlumatına görə, 30 gün ərzində qaydalara əməl etməyənlərin qazı kəsiləcək.

Lakin ekspertlər bu məsələdə fərqli düşünürlər.

Ekspert Nüsrət Qasımov hesab edir ki, bu cihazlardan istifadə etmək olar, amma bəzi qaydalara əməl etmək lazımdır.

Lakin “Azəriqaz”da hesab edirlər ki, hamamda suqızdırıcıların istifadəsinə icazə verilməyəcək.

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu aydan etibarən texniki müayinələrin aparılmasına başlanıb. İlkin mərhələdə aparılan yoxlamalar zamanı qanuna uyğunsuzluqların aradan qaldırılması üçün vətəndaşlara xəbərdarlıq ediləcək. Əgər problem həll olunmasa bu zaman həmin abonentlər barədə tədbirlər görüləcək.


“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, suqızdırıcıların yalnız mətbəxlərdə quraşdırlmasına icazə veriləcək. Bununla bağlı xüsusi tələblər var.

Xatırladaq ki, təkcə bu ay ərzində Kliniki Tibbi Mərkəzə dəm qazı zəhərlənməsi səbəbi ilə 199 nəfər müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru