Avropanın ən kriminal şəhərləri açıqlandı - FOTO + SİYAHI

31-01-2024, 16:08           
Avropanın ən kriminal şəhərləri açıqlandı - FOTO + SİYAHI
Avropanın ən kriminal şəhəri Fransanın Marsel şəhəridir.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Numbeo” portalının “Crime Index” hesabatından məlum olub.

Ümumilikdə, siyahıya Fransanın 10 şəhəri düşüb, onlardan dördü ilk onluqdadır.

Beləliklə, antireytinqdə ikinci və üçüncü yerləri Britaniyanın Koventri və Birminqem, dördüncü yeri İtaliyanın Neapol, beşinci yeri isə Fransanın Monpellye şəhəri tutur.

Siyahını Kataniya (İtaliya), Grenobl (Fransa), Lyej (Belçika), Paris (Fransa), Malmo (İsveç) davam etdirir.

Qeyd edək ki, ildə iki dəfə dərc olunan hesabatda oğurluqlar, vandalizm, silahlı hücumlar, avtomobillərin oğurlanmasının sayı, korrupsiyanın səviyyəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi nəzərə alınır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru