Ermənistan təhlükəsizlik reytinqində Azərbaycanı 25 pillə üstələdi?...-“NUMBEO”

31-01-2024, 16:44           
Ermənistan təhlükəsizlik reytinqində Azərbaycanı 25 pillə üstələdi?...-“NUMBEO”
Beynəlxalq miqyasda tanınan “NUMBEO” analitik informasiya portalının cinayət və təhlükəsizlik indeksinin icmal məlumatlarına əsasən , Ermənistan dünyanın 146 ən təhlükəsiz ölkəsi arasında 7-ci yeri tutaraq öz ötənilki mövqeyini qoruyub(burada:)

Moderator.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.

Həmin portalın məlumatına görə, İrəvan da mövqeyini yaxşılaşdırıb. Paytaxt İrəvan 329 ən təhlükəsiz şəhər arasında 15-ci, ötən il isə 20-ci olub(burada:)

Dünyanın təhlükəsiz ölkələri siyahısında Azərbaycan 2023-cü ildəki 33-cü yerdən 32-yə yüksəlib. Bakı isə təhlükəsizliyinə görə 67-ci yeri tutub.

“Yeri gəlmişkən, Ermənistan və İrəvan həm regionda, həm də MDB ölkələri və şəhərləri arasında reytinq cədvəlində liderdirlər”- erməni nəşri belə yazır.

P.S. “NUMBEO” portalının nə dərəcədə obyektiv olduğunu deyə bilmərik. Amma təqdim etdikləri rəqəmlər göz qabağındadır...

S.Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru