Nikahla bağlı həddən artıq inandığımız 7 mif: psixoloqlar təkzib edir
5-02-2024, 13:24

"Sevgililər arasında dərin hisslər bir çox şeyləri yumşaltsa da, xoşbəxtliyə zəmanət vermir..."
Hər bir cütlüyün nikahla bağlı müəyyən gözləntiləri var. Bir çox illər ərzində sarsılmaz inam buna çox təsir göstərib. Təəssüf ki, bunlarda həqiqət azdır.
Nikah haqqında daha hansı miflər hələ də qalmaqdadır?
Moderator.az xəbər verir ki, bu barədə Polşanın "Onet.pl" nəşri yazıb.
Sevgililər toydan sonra gündəlik həyatın sehrli olacağını təsəvvür edir və ümid edir ki, ciddi problemlər onlardan kənar olacaq, lakin gerçək həyat bəzən arzulardan güclü şəkildə fərqlənir.
Bəzi şeylərdən yan keçmək mümkün deyil, lakin hələ toydan öncə nikah haqqında yanlışlıqları dağıtmaqla, bir çox məyusluqlardan yan keçmək olar.
Nikahla bağlı tez-tez yol verdiyimiz 7 mif
Sevgi hər şeyə qalib gəlir
Sevgililər arasında dərin hisslər bir çox şeyləri yumşaltsa da, xoşbəxtliyə zəmanət vermir. İki insan üçün sevgidən qaynaqlanan gözəl həyat haqqında təsəvvür həyatın təklif etdiklərindən fərqlənə bilər. Sevgi bir məfhumdur, amma etimad, güzəştə getmək istəyi, açıq ünsiyyət və ümumi dəyərlər daha vacibdir.
Lakin bunlar da hər şeyin alınacağına zəmanət vermir. Bəzən həyat mənzərəsi hissləri və prioritetləri sınağa çəkir və o cümlədən uzunmüddətli münasibətlər belə dağıla bilər. Nikaha girmək "uzun müddət və xoşbəxt yaşamışıq" seçimindən istifadə etmək imkanı vermir.
Nikah üçün ruhun doğmalığı gərəkdir
Bu da populyar miflərdən biridir. Bir çox nikahların sirri ideal uyğunluqda deyil, birgə yetişkənlikdə, həyatı və münasibətləri qurmaqdadır. Belə münasibət qeyri-real gözləntilər yarada və hər şeyin göründüyü kimi asan olmadığı səbəbindən məyusluğa gətirib çıxara bilər.
Nikah azadlığın itirilməsidir
Bəziləri hesab edir ki, toy əvvəlki həyatdan, həvəsdən, müstəqillikdən və ya vərdişlərdən imtina etməyə vadar edir. Bu, daha bir yanlış iddiadır və tamamilə mütləq deyil.
Hər şey tərəf-müqabillərin öz münasibətlərində müəyyən etdiyi qaydalar və sərhədlərdən asılıdır. Nikah bağlanandan sonra nə arvad ərinin, nə də ər arvadın mülkiyyəti olmur. Bunlar hələ də "nikah" adlanan birgə layihədə iştirak edən ayrıca şəxsiyyətlərdir.
Xoşbəxt cütlüklər mübahisə etmir
Bu da daha bir mifdir. İxtilaflar gələcək diskusiyalar və güzəştlər axtarışı kimi hətta xoşbəxt cütlüklərdə də yarana bilər. Belə vəziyyətlərdən yan keçmək mümkün olmayacaq, çünki nikah bir-birindən fərqli ayrı fərdlərdən yaranır.
Bundan başqa, yadda saxlamaq lazımdır ki, mübahisələrin həm də müsbət tərəfləri var, çünki nə baş verdiyi üzərində düşünməyə və problemi həll etməyə vadar edir.
Cütlük üçün problemləri görməzdən gəlməkdən məkrli şey yoxdur. Tez-gec bu problemlər üzə çıxacaq və onları həll etmək lazım gələcək.
Rolların bərabər bölüşdürülməsi ədalətə zəmanət verir
Bu da doğru deyil. Nikahda bərabərlik rolların və öhdəliklərin bölüşməsində deyil, balansın yaradılmasındadır.
Ər-arvadın müxtəlif iş rejimləri və digər fəaliyyət növləri ola bilər, ona görə də öhdəlikləri ağılla bölüşmək lazımdır ki, hər kəs öz işini görə bilsin və buna cəza kimi baxmasın. İdealda bərabər bölüşmək mümkün deyil, lakin bir-birinə dəstək vermək gərəkdir.
Nikah tənhalığın dərmanıdır
Nikaha belə yanaşmaq lazım deyil. Hətta toydan sonra da digər tərəf birgə həyatda iştirak etməkdən boyun qaçırırsa, adam özünü tənha hiss edə bilər. Tənhalıqdan qaçmaq istəyi nikah bağlamaq üçün ən yaxşı səbəb deyil.
Övladlar nikahı xilas edir
Bu da doğru deyil və çox vaxt bunun əksi baş verir. Uşaqlar ər-arvad arasında problemlərin dərmanı deyil. Bir çox hallarda onlar bütün diqqəti özünə cəlb edir, bu səbəbdən ər-arvad özlərinə az diqqət yetirir və yavaş-yavaş bir-birindən uzaqlaşır.
Sağlam münasibətlər təkcə övladların olması ilə yaranmır. Həmçinin elə cütlüklər var ki, övladlardan imtina edib və ya övladları olmayıb, amma bir-biri ilə yenə də xoşbəxtdir.