Maskın narkotik düşkünlüyünə dair yeni iddialar - Milyarder öz ətrafını da buna təhrik edirmiş

6-02-2024, 07:04           
Maskın narkotik düşkünlüyünə dair yeni iddialar - Milyarder öz ətrafını da buna təhrik edirmiş
İlon Maskın narkotik aludəçiliyi ilə bağlı yeni detallar məlum olub.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, milyarderin öz ətrafını da narkotik qəbuluna təhrik etdiyi üzə çıxıb.

“The Wall Street Journal”ın bununla bağlı yazısında qeyd olunur ki, Mask dostları və iş yoldaşları arasında elə bir təzyiq mühiti yaradıb ki, həmin mühit onları da Maskın olduğu məclislərdə onunla birgə narkotik vasitələrdən istifadə etməyə təşviq edib.

Mask belə məclislərdə ketamin və ekstazidən istifadə edib. Bu barədə həmin halların şahidi olmuş şəxslər məlumat verib.

Nəşr yazır ki, Tesla və SpaceX şirkətlərinin hazırkı və keçmiş direktorları və idarə heyəti üzvləri də onunla birgə narkotik vasitələrdən istifadə ediblər: “Maskın narkotik aludəçiliyi elə bir “mədəniyyət” yaradıb ki, onun ən yaxın iş yoldaşları milyarderlə birgə narkotik vasitələrdən istifadə etməkdən imtina etsələr, onu əsəbiləşdirərək, nəticədə sərvətlərini və sosial statuslarını itirməkdən qorxurlar”.

Xatırladaq ki, yanvar ayında WSJ yazmışdı ki, İlon Mask narkotikdən istifadə edir və bu, onun şirkətlərinin rəhbərlərində narahatlıq yaradır. Nəşr onu da bildirib ki, bu haldövlətin SpaceX-lə müqavilələrdəki milyardlarla dollar vəsaitini təhlükə altında qoya bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.