"LXR" zümrəsi ad günündə HIMARS raketinin zərbəsinə məruz qalıb
6-02-2024, 11:13

"Kiyev qəsdən çörəkxanaya bir çoxlarının çörək növbəsində dayandığı istirahət günü zərbə endirib..."
Lisiçanska zərbə nəticəsində "sadə çörəkçinin doğum günündə" "nazir", "deputat" və digər qonaqlar həlak olub
Üzdəniraq "Luqansk xalq respublikası"nın üzdəniraq "fövqəladə hallar naziriliyinin rəhbəri" Aleksey Poteleşşenko Ukrayna Silahlı Qüvvələrinin fevralın 3-də Lisiçansk çörəkxanasına zərbəsi nəticəsində həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "İnterfaks" informasiya agentliyi regionun güc strukturlarında mənbəyə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, zərbə nəticəsində həlak olanların sayı 28 nəfər təşkil edir.
Poteleşşenkonun həlak olmasını "LXR" rəhbəri Leonid Paseçnik də təsdiq edib. O, bu barədə özünün "Teleqram-kanal"ında yazıb və həlak olanın yaxınlarına başsağlığı verib.
Mariupol merinin müşaviri Pyotr Andryüşşenko dəqiqləşdirib ki, Rusiya KİV-lərinin iddia etdiyi kimi, zərbə çörəkxanaya deyil, həmin gecə "LXR" rəhbərlərinin toplaşdığı restorana endirilib.
Rusiyanın "Donbasda Mash" nəşri həlak olanın oğluna istinadən qeyd edib ki, atəş günü Poteleşşenko deputat Juşmanın doğum günündə "Adriatika" kafesində olub. Atəş zamanı "LXR FHN rəhbəri" digər qonaqlarla birlikdə kafedə olub.
"Astra" müstəqil jurnalistlər layihəsi yerli sakinlərə istinadən həmçinin iddia edib ki, rusiyalı hərbçilərin olduğu restoran binası zərbə altına düşüb. Zərbə yerindən çəkilən fotoşəkillərdə binanın üzərində "Restoran "Adriatika" lövhəsi asılıb.
Jurnalist Denis Kazanski həmçinin məlumat verib ki, Lisiçanskda zərbə işğalçı administrasiya rəhbərliyi nümayəndələri, onun zümrəsinin- "FHN", "prokurorlar" və "deputatlarının" toplaşdığı restorana endirilib.
"Rusiya təbliğatı etiraf edib ki, zərbə nəticəsində "LXR" FHN rəhbəri" Aleksey Panteleşşenko həlak olub. O, kafeyə "LXR deputatı" İvan Juşmanın ad gününə gəlib və o da həlak olub.
Təbliğatçıların bir neçə gün ərzində "dinc insanlara zərbə" haqqında yalan danışıb, "çörəkxanaya zərbə", "sadə çörəkbişirənin ad günü" və s. barədə nədən yalan danışmaqda davam etməsini anlamaq olmur.
Axı, aydın idi ki, "LXR nazirinin" həlak olmasını gizlətmək mümkün deyil və onsuz da orada kimin olduğunu bəlli olacaqdı", - Kazanski qeyd edib.
Aleksey Poteleşşenko 2014-cü ildən Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətində işləyib, Luqansk vilayətinin bir hissəsi işğaldan sonra Rusiya tərəfinə keçib.
Xatırladaq ki, fevralın 3-də Luqanskda partlayış haqqında məlumat verilib. Rusiya KİV-ləri Rusiya İstintaq Komitəsinə istinadən məlumat verib ki, zərbə ukraynalı hərbçilər tərəfindən Amerikanın HIMARS kompleksindən buraxılan raketlə endirilib.
Luqansk vilayəti işğalçı hakimiyyətinin versiyasına görə, "Kiyev qəsdən çörək zavoduna bir çoxlarının çörək növbəsinə dayandığı istirahət günü zərbə endirib".