“Pablo Eskobarın begemotları” Kolumbiyada Amazon çayını ələ keçirib

6-02-2024, 13:08           
“Pablo Eskobarın begemotları” Kolumbiyada Amazon çayını ələ keçirib
Kolumbiyada "Pablo Eskobarın begemotları" getdikcə daha çox əraziləri ələ keçirir və insanlara hücum edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Daily Mail”yazıb.
Ölkədə əvvəllər heç vaxt görülməmiş heyvanlar ölkənin ən böyük çayı olan Amazon çayını bəyəniblər və səlahiyyətlilər onlarla mübarizə planı hazırlamaq məcburiyyətində qalıblar.

Britaniya nəşrinin qeyd etdiyi kimi, begemotlar ölkənin bütün ekosistemi üçün ciddi təhlükə yaradır.

Bədnam narkobaron Pablo Eskobar sayəsində heyvanlar ölkənin bir hissəsini zəbt edib.

Məsələ bundadır ki, Pablo Eskobar 1980-ci illərdə öz zooparkını quraraq və bu bölgədə əvvəllər heç vaxt yaşamamış begemotları bura gətirdi. İnsan nəzarəti olmadan qalan begemontlar çoxaldı. Belə ki, onlar təkcə digər heyvanlar və bəzi bitki növləri üçün deyil, həm də insanlar üçün real təhlükəyə çevrildi.

Qeyd edək ki, bu növ begemontlar son dərəcə təhlükəli və aqressiv sayılır.

Hazırda onlarınölkənin təsadüfi sakinlərinə hücum halları daha tez-tez baş verir.

Nəticələrdən qorxan Kolumbiya səlahiyyətliləri sterilizasiyanın invaziv növlərə qarşı təsirli strategiya olacağına qərar verdi. Lakin problem ondadır ki, bu cür əməliyyatlar böyük pula başa gəlir - təxminən 10 min dollar. Ekspertlərin proqnozları məyusedicidir. Onların fikrincə, müdaxilə edilməzsə, 2035-ci ilə qədər fərdlərin sayı 1000-ə çatacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.