Alimlər Antarktida olmadan bəşəriyyətin nə qədər yoxsullaşacağını müəyyən ediblər

28-02-2024, 12:24           
Alimlər Antarktida olmadan bəşəriyyətin nə qədər yoxsullaşacağını müəyyən ediblər
Böyük Britaniya və Yeni Zelandiyadan olan beynəlxalq alimlər qrupu Antarktida və onu əhatə edən Cənubi Okeanın resurslarından istifadə etməklə insanların hər il əldə etdikləri iqtisadi faydaları hesablayıblar.
32gun.az xəbər verir ki, Tədqiqat Nature Reviews Earth & Environment (NREE) elmi jurnalında dərc olunub.

Buzlu qitənin hər il bəşəriyyəti 180 milyard dollar zənginləşdirdiyi təxmin edilir.Bu məbləğə turizm (820 milyon dollar) və balıqçılıq (370 milyon dollar) sənayesindən əldə olunan gəlir daxildir.

Lakin bunun əsas hissəsi qondarma ekosistem xidmətlərindən - karbonun udulması və saxlama, dəniz səviyyəsinin tənzimlənməsi və günəş enerjisinin əks olunması kimo proseslər Yerdəki iqlimi tənzimləməyə və bəşəriyyəti bir sıra xərclərdən xilas etməyə kömək edir.

Alimlər xəbərdarlıq ediblər ki, Cənub okeanı istiləşdikcə və turşulaşdıqca onun ekosistemləri qlobal dəyişikliklərə məruz qalacaq. Bu, Antarktika bölgəsinin verdiyi faydaları azaldacaq.

Tədqiqatçılar 1959-cu ildə qəbul edilmiş beynəlxalq Antarktika Müqaviləsini yeniləməyə çağırıblar. Layihə hazırlanarkən sənəd iqlim təhdidlərini nəzərə almayıb və ona görə də mövcud reallıqlara uyğun olaraq düzəliş edilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.