Zibilyığan olmaq üçün hər şey edilən, qeyri-adi vergiləri olan şəhər - VİDEO

17-05-2024, 12:58           
Zibilyığan olmaq üçün hər şey edilən, qeyri-adi vergiləri olan şəhər - VİDEO
Baku TV-nin efirində Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə okean sahilindəki çimərliklərinə, hündürlüyü 38 metr olan Korkovado dağından qollarını açmış İsa Məsih heykəlinə və məşhur karnavallarına görə adı dillər əzbəri olan Rio de Janeyrodan bəhs olunub.

Bu şəhər 1960-cı ilə qədər Braziliyanın paytaxtı hesab olunub. Çoxları elə bilir ki, buranın əhalisi dünyanın ən yaxşı qəhvəsini içir və bütün günü okean sahilində istirahət edir.

Əlbəttə ki, Rioda yaşayıb bunlardan məhrum olmaq mümkün deyil. Bəs görəsən riolular həyatlarını necə keçirirlər?

Braziliyanın hər yerində olduğu kimi, Rio de Janeyroda da dövlət xəstəxanalarında müalicə pulsuzdur. Amma hər şey o qədər də yaxşı deyil. Dövlət xəstəxanaların dərmanla və digər lazımi tibbi avadanlıqlarla təchiz olunmasına maliyyə ayırmaqda çətinlik çəkir. Maraqlısı budur ki, xəstəxanalarda həkimlər neçə saat işləyəcəklərinə də özləri qərar verirlər. Qazanc isə çalışdıqları vaxtdan asılıdır.
Elə həkimlər var ki, aya 1 600 dollar (2 720 manat), elələri də var ki, 5 000 dollar (8 500 manat) qazanırlar. Braziliyada aylıq 500 dollar, yəni 850 manat normal yaşayışı təmin edir. Bundan az gəlir isə kasıb yaşamaq deməkdir. Rio de Janeyroda zibilyığan kimi işə düzəlmək sizə asan gəlməsin. Şəhərin təmizliyinə cavabdeh insanlar bununla rəsmi iş yeri qazanmış olurlar, bu isə çox vacibdir.

Dövlət onlara və ailələrinə özəl klinikada sığorta və yaxşı maaş təqdim edir. Çox vaxt bu işdə çalışanların öz hədəfləri olur. Aldıqları məvacibdən istifadə edərək gələcək təhsilini düşünənlər və sair planlar quranlar da az deyil. Maaş isə ortalama 450 dollardır (765 manat). Bundan əlavə Rio de Janeyroda qeyri-adi vergilər də tətbiq olunur.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.