Nə qədər araq insanı ödürər?- Həkim açıqladı

20-05-2024, 09:13           
Nə qədər araq insanı ödürər?- Həkim açıqladı
Rusiyalı tanınmış cərrah Aleksandr Umnov arağın bədənə nə qədər ciddi zərər verə biləcəyi barədə danışıb.

Həkim izah edib ki, qaraciyər 120 mq-a qədər dozada bədənə daxil olan etil spirtini emal edə bilir. Lakin bu doza aşıldığında, spirt qana daxil olur və bədənin toxumalarında yığılmağa başlayır.

“Cebhe.info” xəbər verir ki, Umnov insanın nə qədər spirtdən ölə biləcəyini açıqlayıb:

“Bir saat ərzində bir litr araq içəndə doza öldürücü olur”.

Mütəxəssis əlavə edib ki, bir saat ərzində qanda etanolun konsentrasiyası hər litr qan üçün beş-altı qrama çatır.

Bundan əlavə, o, spirt zəhərlənməsinin əlamətlərini sadalayıb. Siyahıya bədən istiliyinin azalması, tənəffüsün yavaşlaması, sürətli nəbz, qeyri-adekvat nitq, varsanılar və epileptik tutmalar kimi əlamətlər var .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru