Azərbaycanda yeraltı dayanacaqlar fövqəladə hadisələrə hazırdır?

5-06-2024, 10:38           
Azərbaycanda yeraltı dayanacaqlar fövqəladə hadisələrə hazırdır?
İri ticarət mərkəzlərindən birinin yeraltı dayanacağında saatlarla tıxac yaranıb. Dayanacağın çıxışında görülən təmir işləri ilə əlaqədar sürücülər və sərnişinlər avtomobillərdə uzun müddət gözləməli olublar.

Xezerxeber.az-ın məlumatına görə, bu məsələ dayanacaqların təhlükəsizlik durumunu gündəmə gətirib. Əgər çıxış fövqəladə hadisəyə görə, bağlansaydı, o zaman bu arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, sözügedən tipdə inşa edilən dayanacaqlarda hər bir fövqəladə vəziyyətin yaranma ehtimalı nəzərə alınaraq əlavə çıxışlar da olmalıdır.

Ekspert bildirib ki, bu dünya təcrübəsində də var ki, yeraltı və ya yerüstü dayanacaqlar inşa olunarkən əsas ödənişli giriş-çıxışdan əlavə, avtomobillər üçün təhlükəsizlik çıxışı da inşa olunur. Bu çıxış isə belə hallarda nəzarətçi tərəfindən açılaraq avtomobillərin buraxılışı tənzimlənir.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, parkinqlərdəki giriş-çıxış sayı avtomobillərin sayına uyğun tənzimlənir. Bu sayın az olmasına görə ticarət mərkəzlərinin cərimə edilməsi isə Fövqəladə Hallar Nazirliyinin (FHN) səlahiyyətində deyil.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru