İlk Homo sapiensin xarici görünüşü necə olub?

24-06-2024, 17:58           
İlk Homo sapiensin xarici görünüşü necə olub?
Qədim insanların xarici görünüşünün kompüter rekonstruksiyası ilə məşğul olan braziliyalı tədqiqatçı və 3D dizayner Sisero Morais homo sapiensin ilk nümayəndələrindən birinin necə görünə biləcəyini göstərib.

Yenidənqurma üçün 2017-ci ildə Mərakeşdə tapılmış ən qədim homo sapiens kəlləsindən istifadə edilib.

S.Morais kəllə sümüyünü skan edərək onun rəqəmsal modelini yaradıb və sonra yumşaq toxuma əlavə edib.

Düzdür, ekspert qeyd edib ki, bu homo sapiensin cinsi məlum deyil, çünki çanaq sümükləri tapılmadığından o, kişi olmaya da bilər.



Mənbə: naked-science.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru