Həbs olunanlara Əhəd Abıyevin KADRLARIDIR? - "Bu işin mənə nə dəxli var?"

25-06-2024, 12:26           
Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev ötən gün Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən korrupsiya əməliyyatına münasibət bildirib.

"Unikal"a açıqlama verən Əhəd Abıyev bildirib ki, əməliyyat nəticəsində saxlanılan məmurları vəzifəyə o təyin etməyib:

"Bu işin mənə nə dəxli var? Mənim dövrümdə belə hallar olmayıb.

Məsələn, mənim dövrümdə qazi icra hakimiyyətinin qarşısında özünü yandıraraq ölürdü? Xeyr. Bu hadisələr məndən sonra olub.

13 il işləmişəm, rayon da 1-ci yerdə olub. Bir dənə də olsun ərizə, şikayət yox idi.

Mən özüm ərizə yazıb təqaüdə çıxmışam. Hazırda Bakıda yaşayıram. Hər gün 5 saat yarım yolu gedib-gəlməməliyəm ki?

Bəziləri yazırlar ki, Əhəd müəllimi də istintaqa çağırıblar. Bunlar yalandır.

Mən 1 ildir Daşkəsənin icra başçısı vəzifəsindən kənarlaşmışam. Çox adam vəzifədən gedir. Məgər, hamısını çağırırlar ki, filankəs, sən belə eləmisən? Mənim adımı niyə çəkməlidirlər?

Kim nə hərəkət edirsə, nə cinayət törədirsə, öz cəzasını da alır. Özləri bilər. Saxlanılan şəxslərlə bağlı qanuni tədbir görəcəklər", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Daşkəsən İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru