Heyvan mənşəli xəstəliklərə yoluxma riski... - Ekspertdən xəbərdarlıq

25-06-2024, 18:14           
Heyvan mənşəli xəstəliklərə yoluxma riski... -
"İnsanlar sağlamlıqlarını riskə atmaq istəmirlərsə, paketlənmiş ağartı məhsullarından istifadə etməlidirlər. Çünki bu məhsulların təhlükəsizliyi tam təmin olunub. Xüsusən də kardon paketlərdə qablaşdırılmış, vakum şəraitdə sterilizə olunmuş südlərin insan sağlamlığı üçün riski yoxdur. Süd və süd məhsulları heyvan və zülal mənşəli olduğuna görə tez xarab olmağa meyllidir. Saxlanma qaydalarına düzgün əməl olunmasa və süd mənşəyi bəlli olmayan yerlərdən alınarsa, bu zaman süddən insana heyvan mənşəli müxtəlif xəstəliklər yoluxa bilər”.

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, heyvan mənşəli südləri sterlizə olunmadan içmək doğru deyil:

"Bidon südləri 95-100°C-də 15 dəqiqə qaynadıldığında içindəki mikrobların çoxu ölür. Amma bu zaman yararlı vitamin və minerallar da yox olur. Qablaşdırılmış, xüsusən də şüşə qabdakı südlərə üstünlük vermək daha məqsədəuyğundur. Çünki kənd təsərrüfatında olan heyvanlar vaxtında heyvandarlıq müayinəsindən keçirilmir. Bu heyvanlarda olan müxtəlif xəstəliklər süd vasitəsilə asanlıqla insana keçə bilər".

Mənbə: www.bakupost.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.