Bakıda memarlıq abidələri ilə nə baş verir?

26-06-2024, 00:00           
Bakıda memarlıq abidələri ilə nə baş verir?
Paytaxt sakinləri şəhərin memarlıq abidələrində aparılan təmir-bərpa işlərindən narahat olduqlarını bildiriblər. Təbii ağlay daşı ilə üzlənmiş tarixi binaların fasadlarının rənglənməsi qınaqlara səbəb olub. Bununla bağlı Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib ki, bütün işlər Bakıda memarlıq abidələrinin təmiri üzrə işçi qrupu ilə razılaşdırılaraq həyata keçirilir.

Mədəniyyət Nazirliyindən isə qeyd olunub ki, işlər hələ yekunlaşmayıb və narahatlığa əsas yoxdur. Uzun illər əvvəl yenidən rənglənmiş binaların fasadları təzyiq altında su ilə təmizlənir. Daşla üzlənməmiş binalar isə tikinti zamanı xarici görünüşünə uyğun rənglərə boyanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru