ÜST: Alkoqol və narkotiklərdən hər il 3 milyondan çox insan ölür

27-06-2024, 16:54           
ÜST: Alkoqol və narkotiklərdən hər il 3 milyondan çox insan ölür
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, narkotik maddələr və alkoqol hər il 3 milyondan çox insanı, əsasən də kişiləri öldürür.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd olunur ki, hər il 2,6 milyon insan (bunlardan 2 milyonu kişidir) alkoqolla əlaqəli səbəblərdən ölür.

Təxminən 600 min ölüm psixoaktiv maddələrin istifadəsi ilə bağlıdır, onlardan 400 mini kişilərdir.

Ümumdünya Səhiyyə Təşkilatının Alkoqol, Narkotiklər və Asılılıq Davranışları Departamentinin rəhbəri Vladimir Poznyak bildirib ki, içənlər arasında adambaşına alkoqol istehlakının səviyyəsi gündə orta hesabla 27 qram təmiz spirt təşkil edir. Bu, iki stəkan şərab və ya iki şüşə pivə və ya iki porsiya spirtli içkiyə bərabərdir.

Dünyadakı bütün ölümlərin təxminən 4,7%-i spirtli içki qəbulu ilə bağlıdır.

Buraya avtomobil qəzaları və özünə zərər vurma kimi alkoqol ilə əlaqəli xəsarətlərdən ölümlər, həmçinin alkoqol qəbulu ilə birlikdə yoluxma riski artan HİV kimi yoluxucu xəstəliklər daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.