Sovet filmlərində Azərbaycan futbolu
27-06-2024, 12:24
Sovet Azərbaycanda çəkilən filmlərdə futbol mövzusu daha çox Bakının "Neftçi" klubunun uğurları ilə bağlıdır.
Bu mövzu Bəşir Səfəroğlunun yaradıcılığında isə xüsusi yer tutub. Özünün libretto müəllifi olduğu "Bizə bircə xal lazımdır" tamaşasında Bəşir Səfəroğlu elə həyatdakı obrazını oynayır. 1966-cı ildə SSRİ çempionatında "Neftçi"nin 3-cü yerə çıxaraq bürünc medal qazanması kinomuzdan da yan keçmir.
Bu münasibətlə Bəşir Səfəroğlu, Lütfəli Abdullayev və başqa aktyorlarımız Tofiq Bəhramov stadionunda futbol oynayırlar.
1974-cü ildə Teymur Bəkirzadənin çəkdiyi "Rəqiblər" qısametrajlı filmində futbolun Bakı əhalisinə nə qədər doğma olduğunu görə bilərik. Həmçinin filmdə "Neftçi"nin durğunluq dövrü yaşadığına da eyham vurulur. Teymur Bəkirzadənin çəkdiyi digər filmdə, "Yol əhvalatı"nda "Neftçi"nin adı çəkilir.
1966-cı ildəki üçüncülükdən sonra "Neftçi" bir daha böyük uğur qazana bilmədi. Filmdə məhz bu məqama toxunulur.
985-ci ildə çəkilmiş "Mozalan" satirik kinojurnalında "Neftçi"nin yarandığı ildən UEFA-nın kubokunu qazana bilməməsi kinayəli şəkildə göstərilir. "Mozalan"ın digər buraxılışında isə futbol tamaşaçısı olan ayaqqabı zavodunun müdiri tənqid edilir. O, futbolçuları təhqir edərək yaxşı oynamalarını tələb etsə də, özü öz işini yaxşı bacarmır, rəhbərlik etdiyi zavod keyfiyyətsiz ayaqqabılar buraxır.
Ətraflı Baku TV-nin araşdırmasında: