Qadınlar nə üçün əsasən ikinci və üçüncü hamiləlik zamanı dünyasını dəyişirlər?

28-06-2024, 15:38           
Qadınlar nə üçün əsasən ikinci və üçüncü hamiləlik zamanı dünyasını dəyişirlər?
Qadınlar nə üçün əsasən ikinci və üçüncü hamiləlik zamanı dünyasını dəyişirlər?Son illər ana ölümlərinin ikinci və üçüncü hamiləlik nəticəsində, doğum zamanı olduğu bildirilir.

Sonxeber.az xəbər verir ki, "Xəbər Ertəsi" bir suallara cavab tapmağa çalışıb. İlk olaraq paytaxt sakinləri arasında sorğu keçirilib:

"Həkimə müraciət etməyi xoşlamırlar. Birinci uşaq olduqdan sonra ikinci hamiləlikdə düşünürlər ki, həkimə müraciət etməyə ehtiyac yoxdur. Amma əslində hər dəfə müayinədən keçmək lazımdır".

Cərrah mama-ginekoloq Yeganə Əliyeva ana ölümü hallarının təkrar hamiləlik zamanı daha çox qeydə alındığını bildirib:

"İlkin hamiləlikdə ailələr çox xoşbəxt olur. Ona görə xanımları tez-tez müayinələrə aparırlar. Amma təkrar hamiləliklərdə bir az laqeyd yanaşma olur. Analar bu zaman vaxtı-vaxtında həkimə müraciət etmirlər. Bu da hamiləliyin sonunda ana ölümü ilə nəticələnir".

Həkim mövcud halların qarşısının alınması məqsədilə daha məsuliyyətli olmağa çağırıb.

Ətraflı "Xəbər Ertəsi"nin süjetində:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru