Azərbaycan narı Aİİ-nin hansı ölkələrinə ixrac olunur?

30-06-2024, 11:34           
Azərbaycan narı Aİİ-nin hansı ölkələrinə ixrac olunur?
2023-cü ilin nəticələrinə əsasən Rusiya, Belarus və Qazaxıstan Azərbaycan narının əsas ixrac bazarlarına çevriliblər. Narın Aİİ ölkələrinə tədarükləri haqqında ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasında oxuyun.
2024-cü ilin birinci rübünün sonunda Azərbaycan Rusiyaya 3 min tondan çox nar ixrac edib. Eyni zamanda, Belarusa 38 ton, Qazaxıstana isə 31 ton tədarük edilib.
Ötən ilin sonunda Aİİ ölkələri, xüsusilə Rusiya Federasiyası, Belarus və Qazaxıstan Azərbaycan narının əsas ixrac bazarlarına çevriliblər. Belə ki, bu məhsulların xaricə tədarükünün 85%-i və ya 24,3 min tonu Rusiyanın payına düşüb. Bundan əlavə, Belarusa 368 ton, Qazaxıstana isə 441 ton nar göndərilib.
Qeyd edək ki, Azərbaycan nar növlərinin sayına görə dünyada birinci yerdədir. O cümlədən, respublikada "Çəhrayı güləyşə", "Bala Mürsəl", "Qırmızı güləyşə", "Nazik Qabıq", "Vələs", "İri qilyə" nar növləri yetişdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.