Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına niyə gedib?

3-08-2024, 17:14           
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına niyə gedib?
Səfər Səudiyyə Ərəbistanının İslam işləri, irşad və dəvət naziri Əbdüllətif bin Əbdüləziz Al Əş-Şeyxin dəvəti ilə həyata keçirilir.
Sabah Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedir. Bu barədə Sputnik Azərbaycan-a QMİ-dən məlumat verilib.
Bildirilib ki, səfər Səudiyyə Ərəbistanının İslam işləri, irşad və dəvət naziri Əbdüllətif bin Əbdüləziz Al Əş-Şeyxin dəvəti ilə həyata keçirilir. QMİ sədri avqustun 4-5-də Məkkə şəhərində keçirilən "Mötədillik prinsiplərinin möhkəmləndirilməsində Vəqflər və İslam işləri üzrə qurumların rolu mövzusunda" beynəlxalq konfransda iştirak edəcək, məruzə ilə çıxış edəcək.
A.Paşazadənin səfər çərçivəsində Səudiyyə Ərəbistanının rəsmiləri ilə görüşləri nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru