Adam oğurluğunda iştirak edən biznesmen qatil oldu: Dəfələrlə atəş açaraq gülləbaran edib

3-08-2024, 10:18           
Adam oğurluğunda iştirak edən biznesmen qatil oldu:
Dəfələrlə həbs həyatı yaşamış kişi onu izləyən "kabus"a görə qatil olub.

Belə ki, Rəşid (Adlar şərtidir) müxtəlif cinayət əməllərinə görə dəfələrlə həbs edilərək məhbus həyatı yaşamışdı.

Eyni zamanda onun adı kriminal aləmlə bağlı cinayət işində də hallanırdı. Hadisədən 5 il əvvəl o, həbsdən çıxıb, ailəsi ilə birlikdə başqa mənzilə köçüb, restoran biznesinə başlamışdı.

Bir gün Rəşid köməkçisi Sadiqlə işlətdiyi restorana gələndə müştərilərdən birinin ona qəribə baxdığını görür. Fikirləşir ki, həmin adam, bəlkə də, keçmişdə onun aid olduğu kriminal aləmdəndir.

Rəşid günün çox hissəsini keçirdiyi restoranda həm də öz pul haqq-hesablarını aparırdı. Birdən onun bu gün gördüyü adam yadına düşür və bir anlıq keçmişə qayıdır. Rəşid adam oğurluğunda iştirak edib, bir nəfərə işgəncə verərək qətlə yetirmişdi. İndi də düşünürdü ki, bu, öldürdüyü adamın qisasını almağa gələn qardaşı, ya da yaxını ola bilər.

Günortadan sonra Rəşid Sadiqə "Maşını götürüb şəhərə gedirəm, sən ardımca gələrsən" deyir. Bunu deyəndə birdən yolun qarşı tərəfində bu gün səhər ona şübhəli gələn şəxsi görür. Halı dəyişir və bir də diqqətlə həmin yerə baxanda artıq orada heç kimi görmür. Rəşid həyat yoldaşı Mirvari ilə özünə mağazadan paltar almağa gedərkən həmin şəxs yenidən onun gözünə görünür.

Mirvari onun niyə həyəcanlandığını soruşsa da, Rəşid cavab vermir. Hadisə baş verən gün Rəşid əsəbi halda telefonla keçmiş tanışına zəng edib "Məni kimsə izləyir. Bu gün mütləq görüşək" deyir.

Daha sonra həyat yoldaşı ilə görüşür. Elə bu vaxt onlara tərəf baxan şübhəli şəxsi görür. Rəşid köməkçisindən silahı istəyib, qərar verir ki, onu izləyən kabusun sonuna çıxsın. Silahı götürən kimi arxasınca gələn oğlana ard-arda atəş açır və onu qətlə yetirir. Lakin həmin adamın kim olduğu və onu niyə izlədiyi ilə maraqlanmır. Daha sonra hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən aparılan tədbirlərlə Rəşid saxlanılaraq istintaqa təhvil verilir.

Ətraflı Baku TV-nin süjetində:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.