Yuxu zamanı smart saat taxmağın riskləri haqqında

5-08-2024, 09:14           
Yuxu zamanı smart saat taxmağın riskləri haqqında
Ürək ritminin pozulmasına səbəb olmamaq üçün gecə saatlarında ağıllı saatları çıxarmaq tövsiyə olunur.
Kardioloq Vladimir Xoroşev bu barədə "Pravda.Ru"ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, biləkdə aktiv nöqtələri olan xüsusi bir zona var. Onlar təsirə məruz qaldıqda, ürək döyüntülərini yavaşlatmaq və ya sürətləndirmək olar. Ürəyin ritmi hər hansı bir ortaya çıxan ehtiyac və problemlər səbəbindən dəyişir, lakin yuxuda onlar, sadəcə mövcud deyillər.
"Beyində, həyati vacib orqanlarda eyni koronar arteriyaların həddən çox qan təchizatı yaranır. Bu isə ən gözlənilməz nəticələrə gətirib çıxara bilər" - o bildirib.
Mütəxəssis xatırladıb ki, normal istirahət zamanı nəbz dəqiqədə 55-90 döyüntü arasında olmalıdır və əgər ürək döyüntüsü müəyyən edilmiş həddən kənara çıxarsa, o zaman həkimə müraciət etmək lazımdır.
Daha əvvəl Çində qida bloqçusunun canlı yayım zamanı 10 kq yemək yeyərək öldüyü barədə məlumat verilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.